İran nüvə obyektlərinə hücumlarla bağlı Qrossinin laqeyd mövqeyini pisləyib

2025/05/1748321631.jpg
Oxunub: 404     17:52     30 Mart 2026    
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqayi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) və onun rəhbəri Rafael Qrossinin fəaliyyətsizliyini təəssüf doğuran hal adlandırıb. Belə ki, qurum İran İslam Respublikasının nüvə obyektlərinə qarşı ABŞ və İsrailin hücumlarını pisləməyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Diplomat brifinq zamanı deyib: “ABŞ və [İsrail] rejimi tərəfindən nüvə obyektlərinə qarşı atılan addımlar cinayətdir. BAEA nizamnaməsinə görə, bu hərəkətlər cinayət tərkiblidir və Agentliyin, həmçinin Qrossinin laqeydliyi daha çox təəssüf doğurur. Növbəti dəfə çox yanlış mövqe seçilib, təcavüzkarları pisləmək əvəzinə, o, öz müsahibələrində hər şeyi daha da mürəkkəbləşdirən ifadələrdən istifadə edir”.

Baqayinin sözlərinə görə, mövcud şəraitdə BAEA-nın etməli olduğu ilk iş təcavüzü pisləməkdir, lakin bu baş verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BAEA  


Bizi "telegram"da izləyin