Rubio: "Vaşinqton İranın Hörmüz üzərində nəzarət qurmasına imkan verməyəcək"

2026/03/1773077969.jpg
Oxunub: 457     17:24     30 Mart 2026    
ABŞ İranın Hörmüz boğazı üzərində müddətsiz nəzarət qurmasına imkan verməyəcək.

Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "ABC News" telekanalına müsahibəsində bildirib.

"Onlar (İran hakimiyyəti - red.) Hörmüz boğazı üzərində müddətsiz nəzarət qurmaqla, keçid haqqı sistemi tətbiq etməklə və s. ilə hədələyir. Bu baş verməyəcək və prezidentin (ABŞ Prezidenti Donald Trampın - red.) bunun qarşısını almaq üçün istifadə edə biləcəyi bir sıra variantları var", - Rubio vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ  


Bizi "telegram"da izləyin