GÖKHAN raketinin mənzili artırılır

2026/03/f45fd-1774877582.jpg
Oxunub: 534     17:36     30 Mart 2026    
TÜBİTAK-ın 2025-ci il fəaliyyət hesabatı yayımlanıb.

Ordu.az xəbər verir ki, bu çərçivədə TÜBİTAK SAGE-də həyata keçirilən fəaliyyətlərlə bağlı məlumatlar da təqdim olunub.

IDEF 2025 sərgisində ilk dəfə nümayiş etdirilən milli “ramjet” mühərrikli və uzaq mənzilli “hava-hava” raketi GÖKHAN-ın mənzil və qabiliyyətinin artırılması üçün müqaviləyə dəyişiklik edildiyi və yeni blok GÖKHAN müqaviləsinin imzalandığı bildirilib. Hesabatda deyilir:

“Yer sınaqları işlərini böyük sürətlə davam etdirərkən, paralel olaraq mənzil və qabiliyyət artırılması məqsədilə imzalanmış yeni blok GÖKHAN raketi üçün də işlərə başlanılıb. İnkişaf mərhələsindən sonra GÖKHAN istehsala keçdikdə NATO inventarında yer alan ən uzun mənzilli “hava-hava” raketlərindən biri olacaq”.

Həmçinin IDEF 2025 sərgisində TÜBİTAK SAGE, MKE və ASFAT arasında layihənin inkişaf və istehsal proseslərinə dair müqavilələr imzalanmışdı. Bu müqavilələr çərçivəsində mənzil və qabiliyyət artırımı üçün dəyişikliklər edilməsi və uzun mənzilli GÖKHAN-ın inkişaf etdirilməsi hədəfləndiyi qeyd olunub.

Maye yanacaqlı “ramjet” mühərrikli, görmə məsafəsindən kənar “hava-hava” raketi: GÖKHAN

Qabqcıl bərk vəziyyətli aktiv radar axtarış başlığı texnologiyasına və “atdım-unutdum” xüsusiyyətli ağıllı yönləndirmə sisteminə malik olan GÖKHAN qabaqcıl əks-tədbir və radioelektron mübarizə şəraitində maneələrin qarşısını alma qabiliyyəti ilə də effektivliyini qoruyur. Eyni zamanda ikiqat məlumat bağlantısı sayəsində hədəf və mənbə dəyişdirmə, eləcə də atıcı üçün artırılmış situasiya məlumatlılığı təmin edir. Bundan əlavə, hər bucaqdan atış və bir neçə hədəfə kilidlənmə qabiliyyəti ilə döyüş şəraitində istifadə rahatlığı yaradır.

Dəqiq raket istiqamətləndirilməsi və vəziyyət məlumatı ilə yüksək uğurlu buraxılışdan sonrakı alqoritmlərə malik olan GÖKHAN, aktiv itki nəzarəti, yəni orta mərhələdə dəqiq sürət idarəetməsi və optimal qarşılaşma sürəti sayəsində, həmçinin AÖB və KKS ilə radioelektron maneələrə qarşı dayanıqlı naviqasiya qabiliyyəti ilə seçilir.

Bundan əlavə, maye yanacaqlı “ramjet” mühərriki sayəsində yüksək uçuş sürəti (Mach 3+) və geniş qarşılaşma zərfi olan GÖKHAN qanadcıq idarəetmə sistemi və inteqrasiya olunmuş GPS/INS naviqasiya həlli ilə yüksək dəqiqlikli zərbə qabiliyyəti təmin edir.

Hazırda GÖKHAN Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan F-16 döyüş təyyarələrinə inteqrasiya oluna bildiyi kimi, Türkiyənin yerli döyüş təyyarəsi KAAN-ın daxili bölmələrinə və xarici asqı nöqtələrinə də inteqrasiya edilə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: GÖKHAN   Raket  


Bizi "telegram"da izləyin