“Mavi Vətən”in yeni mühafizəçiləri TF-2000 esminesi və MİLDEN üçün təqvim dəqiqləşdi

2026/03/1774877529.jpg
Oxunub: 538     17:31     30 Mart 2026    
ASFAT-ın Baş direktoru Prof. Dr. Mustafa İlbaş, Haber7-yə verdiyi açıqlamada TF-2000 esminesi və Milli Denizaltı (MİLDEN) layihələrində son vəziyyəti paylaşıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

ASFAT-ın Baş direktoru prof. dr. Mustafa İlbaş bildirib ki, TF-2000-in 2027-ci ildə suya endirilməsi, MİLDEN-in isə 2032-ci ildə təhvil verilməsi hədəflənir.

TF-2000 donanmanın hava hücumundan müdafiə qalxanı olacaq

Türkiyə Müdafiə Sənayesi İcra Komitəsi tərəfindən ASFAT-a verilən TF-2000 layihəsi, təxminən 150 metrlik korpusu ilə Türkiyə donanmasının əsas elementlərindən birinə çevrilməyə hazırlaşır.

İlbaş layihənin əhəmiyyəti ilə bağlı bunları deyib:

“TF-2000 donanmamızın flaqman gəmisi və “Polad Günbəz” sisteminin dənizdəki davamı olacaq. Yerli hava hücumundan müdafiə sistemləri ilə təchiz ediləcək bu platforma, hətta ballistik raketləri də zərərsizləşdirmək qabiliyyətinə malik olacaq. 2027-ci ildə suya endirməyi və 2031-ci ildə təhvil verməyi planlaşdırırıq”.

“İstanbul” Gəmiqyaırma Zavodu Komandanlığında inşa edilən esminesin yaxın zamanda blok üzrə quru doka yerləşdirilmə mərasiminin keçirilməsi planlaşdırılır.

MİLDEN ilə milli sualtı qayıq dövrü

Türkiyənin sualtı gücünü artıracaq MİLDEN layihəsində də proses sürətlənib. Yüksək texnologiya və hibrid hərəkət sistemlərinə malik olacaq sualtı qayığın ilkin mərhələsi olan T0 prosesi qısa müddət əvvəl başlanıb.

“Gölcük” Gəmiqyaırma Zavodunda inşa ediləcək sualtı qayıqla bağlı İlbaş bildirib:

“Tamamilə milli və havadan asılı olmayan enerji sisteminə malik yüksək texnologiyalı sualtı qayıq hazırlayırıq. Dizayn prosesi tamamlanan layihənin 2032-ci ildə təhvil verilməsini hədəfləyirik”.

1999-cu il zəlzələsində zərər görən “Gölcük” Gəmiqyaırma Zavodunun ASFAT-ın dəstəyi ilə modernləşdirildiyi və yenidən gəmi istehsalına hazır vəziyyətə gətirildiyi qeyd olunub.

İxracda həll tərəfdaşlığı vurğusu

2025-ci ildə hərbi dəniz platformaları kateqoriyasında ixrac üzrə birinci olan ASFAT 2026-cı ili “satış və marketinq ili” elan edib.

Rumıniyaya həyata keçirilən gəmi ixracına toxunan İlbaş bildirib ki, Türkiyə artıq yalnız məhsul satan deyil, həm də həll tərəfdaşı kimi mövqelənir.

Gəmi ixrac edə bilmək texnoloji üstünlükdür. Bu satışlardan əldə olunan resursla daha inkişaf etmiş sistemlər istehsal etmək imkanı qazanırıq. Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyacları hər zaman prioritetimizdir.

Hava və quru layihələrində imkanlar genişlənir

ASFAT-ın fəaliyyətinin yalnız dəniz platformaları ilə məhdudlaşmadığı qeyd olunub.

Kayseridə Airbus ilə həyata keçirilən A400M texniki xidmət və təmir mərkəzi beynəlxalq xidmət göstərərkən, quru platformalarında da mühüm layihələr önə çıxır:

PANTER: 40 kilometr mənzilli 8x8 taktiki təkərli haubitsa sistemi inventara daxil edilib
MEMATT: 9 ölkəyə ixrac edilən insansız mina təmizləmə vasitəsi aktiv istifadə olunur

ASFAT-ın insansız quru, hava və dəniz sistemləri sahəsində yerli həllər hazırlamaq istiqamətində fəaliyyətlərini davam etdirdiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TF-2000   MİLDEN   Türkiyə  


Bizi "telegram"da izləyin