Ordu.az xəbər verir ki, məktubların mətnlərini İran hökumətinin mətbuat xidməti yayıb.
“Dinc istehsal obyektlərinə endirilən raket və hava zərbələri yalnız infrastrukturun ciddi zədələnməsi ilə nəticələnməyib, həm də işçilərin ölümü və yaralanmasına səbəb olub”, - deyə sənəddə bildirilir.
Məktublarda vurğulanır ki, sənaye zonalarının hədəfə alınması beynəlxalq humanitar hüququn əsas normalarına ziddir. Qeyd olunur ki, bu hücumlar 1949-cu il Cenevrə konvensiyalarının və əməyin təhlükəsizliyi ilə bağlı beynəlxalq normaların pozulması deməkdir.
Sevinc Əliyeva
Ordu.az