Ordu.az xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat xidməti məlumat yayıb.
Aref bildirib ki, ölkə ərazisinə qəsd edəcək istənilən təcavüzkar “cəhənnəmə düşəcək”. Bu xəbərdarlıq regionda davam edən gərginlik fonunda səsləndirilib.
O vurğulayıb ki, İslam Respublikasının silahlı qüvvələri ölkə sərhədlərini qorumağa tam hazırdır. Vitse-prezidentin sözlərinə görə, İran ərazisinə, xüsusilə də Fars körfəzi zonasında və ona bitişik adalarda ediləcək istənilən müdaxilə qəti cavab alacaq.
“İran ərazisinə, xüsusilə də Fars körfəzində və İran adalarında qəsd edəcək istənilən təcavüzkar qətiyyətli, peşmanlıq doğuran və geri dönməz cavabla üzləşəcək, təcavüzkar əsgərlərin yeganə son məntəqəsi isə cəhənnəm olacaq”, - deyə Aref xəbərdarlıq edib.
Sevinc Əliyeva
Ordu.az