İran XİN: Zelenski Yaxın Şərq ölkələrini “talamağa” çalışır

2025/07/1753692734.jpg
Oxunub: 431     16:41     30 Mart 2026    
Yaxın Şərq ölkələrinə səfəri zamanı Volodimir Zelenski hərbi razılaşmalar vasitəsilə bu ölkələri “talamağa” çalışır.

Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

Diplomat brifinq zamanı qeyd edib ki, Zelenskinin səfər etdiyi region ölkələri kifayət qədər ağıllıdır və dörd il ərzində öz ölkəsini dağıdıcı müharibəyə sürükləyən bir şəxsin onları istismar etməsinə imkan verməyəcəklər.

Onun sözlərinə görə, Ukrayna münaqişəsini İran əleyhinə “sionist rejim” və ABŞ-nin aqressiyası ilə əlaqələndirmək faciəvi səhvdir.
“Əminəm ki, region ölkələri belə tələyə düşməyəcək. İran əleyhinə bu qanunsuz aqressiyadan kənarda qalmağa çalışan bəzi region ölkələrinin məsuliyyətli nümayəndələrinə təşəkkür edirik”, - deyə Bəqayi əlavə edib.

Martın sonunda Zelenski Fars körfəzi ölkələrinə səfər edib. O, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İordaniyanı ziyarət edib. Səfər zamanı o, bu ölkələrlə hərbi əməkdaşlıq sahəsində razılaşmalar əldə olunduğunu bildirib. Səudiyyə Ərəbistanı və Qətərlə müdafiə əməkdaşlığına dair sazişlər imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Zelenski  


Bizi "telegram"da izləyin