İspaniya XİN İsrailin müvəqqəti işlər vəkilini çağırıb

2026/03/1774874302.jpg
Oxunub: 432     16:34     30 Mart 2026    
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Madriddə İsrail səfirliyinin müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.

Ordu.az xəbər verir ki, bu addım İsrail polisinin Qüdsün Latın patriarxı, kardinal Piyerbattista Pitsaballanın Müqəddəs Qəbir kilsəsinə daxil olmasına icazə verməməsindən sonra atılıb.

“Bu gün səhər biz İsrailin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırdıq ki, etirazımızı bildirək və belə halların bir daha təkrarlanmamalı olduğunu çatdıraq”, - deyə diplomat RAC1 radiostansiyasına müsahibəsində bildirib.

O, həmçinin qeyd edib: “Katolik dini ayinləri normal qaydada keçirilməlidir”.

Bundan əvvəl İsrail polisi Pitsaballanın “Palma bazar günü” münasibətilə keçirilən ayini icra etmək üçün kilsəyə daxil olmasına icazə verməmişdi. Bu bayram Pasxadan bir həftə əvvəl qeyd olunur. 2026-cı ildə Roma Katolik Kilsəsi Pasxanı aprelin 5-də qeyd edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   İsrail  


Bizi "telegram"da izləyin