Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Rəsmi şəxs izah edib ki, bu planlara İranın hərbi imkanlarına qarşı mübarizə üçün bir neçə ssenari daxildir. Həmin ssenarilər həmçinin kritik infrastrukturu və ballistik raket saytlarını hədəf almağa yönəlib.
Mənbə qeyd edib ki, bu strategiyalar hələ icra olunmayıb, lakin onlar böhranın kəskinləşəcəyi təqdirdə Vaşinqtonun hərbi addımlar atmağa hazır olduğunu əks etdirir. O vurğulayıb ki, məqsəd nüvə və raket proqramlarını dayandırması üçün Tehrana davamlı təzyiq göstərməkdir.
Bu bəyanatlar İran və ABŞ arasında hərbi qarşıdurma qorxusunun artdığı bir vaxtda səslənir. Bu, eyni zamanda regionda gərginliyi azaltmaq üçün intensiv diplomatik səylərin göstərildiyi bir dövrə təsadüf edir.
Sevinc Əliyeva
Ordu.az