Ordu.az xəbər verir ki, bu barədə müstəqil hərbi tədqiqat qrupu məlumat yayıb.
Məlumata görə, hadisə gecə saatlarından sonra Bağdad Beynəlxalq Hava Limanının hərbi hissəsi olan “Şəhid Əla” aviabazasında baş verib. Təyyarə uçuş zolağında yerləşdiyi zaman raketlərdən biri onun sağ qanadına düşüb.
Hücumlar İraq silahlı qruplarının hava limanı yaxınlığında yerləşən ABŞ Diplomatik Dəstək Mərkəzini hədəf alması ilə eyni vaxta təsadüf edib. Daha sonra Bağdadın cənub-şərqində yerləşən Diyala körpüsü ərazisindən buraxılan 122 mm “Qrad” raketlərinin start qurğuları aşkar edilib.
İraq Hərbi Hava Qüvvələrinin istifadəsində 6 ədəd “An-32B” təyyarəsi var. Bu təyyarələr taktiki hərbi nəqliyyat və bəzi hallarda yerüstü hədəflərə zərbə endirmək üçün istifadə olunur.
Bu hadisə fevralın 28-də başlayan regional müharibədən sonra hava limanı kompleksinə edilən hücumların növbətisidir. Hava limanına bitişik “Victory Base Complex” ərazisi dəfələrlə zərbələrə məruz qalıb. Mart ayında baş verən güclü hücumlardan biri paytaxtda genişmiqyaslı yanğına səbəb olub. Martın 16-da isə hava limanına edilən hücum nəticəsində 5 nəfər yaralanıb və baş nazir Məhəmməd əs-Sudani sektor komandirlərinin dəyişdirilməsi barədə göstəriş verib.
Sevinc Əliyeva
Ordu.az