İsraildə Hayfa neft emalı zavodunda raket hücumlarından sonra yanğın baş verib
Oxunub: 429
15:32
30 Mart 2026
İsrailin şimalında yerləşən Hayfa neft emalı zavodunda İran və Livanın “Hizbullah” hərəkatı tərəfindən həyata keçirilən raket hücumlarından sonra yanğın baş verib.
Ordu.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
Məlumata görə, zavodun birbaşa raket zərbəsinə məruz qalıb-qalmadığı və ya ələ keçirilmiş raketin qalıqları nəticəsində zədələndiyi hələ dəqiq məlum deyil.