Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Baş Komandanlıq bildirib ki, şəxsi heyətin yüksək hazırlığı və sayıqlığı nəticəsində hava hücumundan müdafiə sistemləri ardıcıl hücum dalğalarının qarşısını uğurla alır.
Məlumata görə, münaqişənin başlanmasından etibarən 182 ballistik raket və 398 pilotsuz uçuş aparatı ələ keçirilərək məhv edilib.
Baş Komandanlıq şəxsi heyətin yüksək döyüş hazırlığını və peşəkarlığını xüsusi vurğulayaraq qeyd edib ki, bu fəaliyyət ölkənin hava məkanının təhlükəsizliyinin təmin olunduğunu göstərir.
Eyni zamanda vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl etmək çağırışı edilib. Onlara təhlükəli ərazilərdən uzaq durmaq, şübhəli obyektlərə yaxınlaşmamaq, hərbi əməliyyatları görüntüləməmək və yalnız rəsmi mənbələrə etibar etmək tövsiyə olunub.
Qurum həmçinin qeyd edib ki, mülki ərazilərin ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəf alınması beynəlxalq humanitar hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və bu cür hücumlar regional təhlükəsizliyə ciddi təhdid yaradır.
Sevinc Əliyeva
Ordu.az