Ordu.az xəbər verir ki, hazırda Hindistan ordusunun əksər raketlərinin mənzili 450 km-dən bir qədər artıqdır.
Yeni versiyanın daha uzun mənzili Hindistana düşmən hava hücumundan müdafiə sistemlərinin əhatə zonasına daxil olmadan hədəfləri dərinlikdə vurmaq imkanı verəcək.
Modernləşdirilmiş raket Hindistanın Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı ilə Rusiyanın NPO Maşinostroyeniya müəssisəsinin əməkdaşlığı çərçivəsində hazırlanır.
Yeni versiyanın əsas üstünlüyü olan səsdən sürətli, təxminən “Mach 3” sürəti qoruyacağı gözlənilir.
2019-cu il mayın 22-də “Su-30MKI” qırıcı təyyarəsinin “BrahMos” raketinin hava buraxılışlı prototipini daşıdığı müşahidə olunub.
800 km mənzilli versiyanın alınması məsələsinin müdafiə naziri Racnat Sinqhin rəhbərlik etdiyi Müdafiə Alış Şurasının iclasında müzakirə olunacağı gözlənilirdi. Lakin martın 27-də 25 milyard dollar dəyərində sifarişlər təsdiqlənsə də, bu raket hələlik rəsmi siyahıya daxil edilməyib.
“BrahMos” raketi 2025-ci ilin may ayında Hindistan və Pakistan arasında baş verən toqquşmalar zamanı xüsusi diqqət çəkib. Məlumatlara görə, mayın 10-da Hindistan Pakistan ərazisində azı 9 aviabaza və radar obyektinə zərbə endirib.
“BrahMos” layihəsi 1990-cı illərin sonlarında Hindistan və Rusiya arasında birgə təşəbbüs kimi başlayıb. Adı Hindistanın Brahmaputra və Rusiyanın Moskva çaylarının adlarının birləşməsindən yaranıb.
Raketi ilk sınaqları 2001-ci ildə keçirilib və daha sonra qurudan, dəniz platformalarından, sualtı qayıqlardan və “Su-30MKI” təyyarələrindən buraxılışa uyğunlaşdırılıb.
Təxminən 3 ton çəkisi olan raket 300 kq-a qədər döyüş başlığı daşıya bilir. Reaktiv mühərriki sayəsində uçuş boyunca səsdən sürətli qalır və bu da onun qarşısının alınmasını çətinləşdirir.
Sevinc Əliyeva
Ordu.az