Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Avropa və Ukrayna hərbi sənayesinin inkişafı və modernləşdirilməsinə yönəlmiş Avropa hərbi-sənaye proqramı çərçivəsində 1,5 milyard avroluq iş planı təsdiqlənib.
Bu vəsaitin 700 milyon avrosu Ukraynaya dəstək üçün istifadə ediləcək PUA əleyhinə sistemlərin, raketlərin və sursatın alınmasına yönəldiləcək. Daha 260 milyon avro isə Ukraynanın hərbi sənayesinin “inkişafı və modernləşdirilməsinə” sərf olunacaq.
Proqramın icrasına martın 31-dən başlanması nəzərdə tutulur.
Sevinc Əliyeva
Ordu.az