Latviya Ukraynaya 6,8 milyon avro həcmində yardım paketi təqdim edəcək

2026/03/1774866598.jpg
Oxunub: 424     14:18     30 Mart 2026    
Latviya hökuməti Ukraynaya 6,8 milyon avro həcmində yeni yardım paketinin təqdim edilməsi barədə qərar qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje sosial şəbəkələrdə məlumat verib.

"6,8 milyon avro həcmində bu yardım paketi Ukraynanın enerji şəbəkəsinin, sığınacaqların, infrastrukturun, sosial və vətəndaş davamlılığının gücləndirilməsinə, həmçinin dronların istifadəsi sahəsində potensialın artırılmasına töhfə verəcək", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Ukrayna  


Bizi "telegram"da izləyin