Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“O, mənim kimi düşünmür, bir qədər fərqli yanaşması var. Amma bu o demək deyil ki, insan öz vəzifəsini yerinə yetirə bilməz”, - deyə Tramp Vaşinqtona uçarkən jurnalistlərlə söhbətində bildirib. ABŞ prezidenti Qabbarda etibar edib-etmədiyi ilə bağlı suala “Bəli, əlbəttə” cavabını verib.
“Mən İranın nüvə silahına sahib olmasını qətiyyən istəmirəm”, - deyə o vurğulayıb. “O isə bu məsələdə bəlkə də bir qədər daha yumşaq mövqedədir. Amma bu, normaldır”, - deyə Tramp əlavə edib. Qabbard rəsmi olaraq ABŞ-nin 18 kəşfiyyat qurumunun fəaliyyətini koordinasiya edən şəxs hesab olunur. Tramp həftəsonunu keçirdiyi Mar-a-Laqo iqamətgahından Vaşinqtona qayıdıb.
Sevinc Əliyeva
Ordu.az