Tramp İran neftini ələ keçirmək planlarından danışıb

2026/03/1773839073.jpg
Oxunub: 427     09:53     30 Mart 2026    
ABŞ prezidenti Donald Tramp “Financial Times” nəşrinə müsahibəsində İran neftini “ələ keçirmək” istədiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Açığı, mənim üstünlük verdiyim variant İran neftini ələ keçirməkdir, lakin ABŞ-də bəzi axmaq insanlar deyirlər: “Niyə bunu edirsiniz?”. Amma onlar axmaq insanlardır”, - deyə o bildirib.

Tramp Fars körfəzinin şimalında yerləşən və İranın əsas neft ixrac mərkəzi olan Xark adasının ələ keçirilməsini də istisna etməyib.

Onun sözlərinə görə, İranın bu adanı qorumaq üçün kifayət qədər gücü yoxdur və ABŞ onun üzərində “çox asanlıqla” nəzarət qura bilər.

ABŞ lideri qeyd edib ki, Yaxın Şərqdə hərbi əməliyyatlar zamanı ABŞ qüvvələri artıq “13 000 hədəfi bombardman edib”, onların təxminən 3000-i hələ qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin