Bıçaqlanan erməni hərbi qulluqçular təlim toplanışının iştirakçılarıdır, saxlanılan var - DETALLAR

2026/03/1774685031.jpg
Oxunub: 374     12:00     28 Mart 2026    
Ermənistanda təlim toplanışına çağırılmış ehtiyatda olan şəxslərin xəsarət alması faktı üzrə başlanmış cinayət işi çərçivəsində həmin toplanışa çağırılmış bir nəfər saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən “MediaHub”a bildirilib.

Qeyd olunub ki, hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində tədbirlər görülür.

Xatırladaq ki, martın 26-da Basarkeçərdəki hərbi hissələrdən birində bıçaqlanma ilə nəticələnən insident baş verib.

Daha əvvəl bildirildiyi kimi, bıçaqlanan hərbçilərin sayı 3 nəfərdir və onların hamısı hazırda xəstəxanadadır.

Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyərək bildirib ki, xəsarət alan ehtiyatda olan hərbçilərin həyatına təhlükə yoxdur və onlar həkim nəzarəti altındadır.

“Hadisənin bütün hallarını aydınlaşdırmaq məqsədilə araşdırma başlanıb”, - deyə qurumdan qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Bıçaqlanma  


Bizi "telegram"da izləyin