Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində çıxışı zamanı spiker Alen Simonyan bildirib.
“Deputatlardan biri itkin düşənlərin valideynlərinin yanına gedərək deyib: “Dözün, iki ay qalıb, tezliklə Nikol öz komandası ilə birlikdə göndəriləcək”. Bunu edən Hakob Aslanyan idi.
Bilirsiniz nəyi xatırladım, fraksiyamızın iclasında Aslanyanın ağlayaraq bizimlə qalmaq üçün yalvarmasını, təkliflər verməsini, “donduraq, mən bığ saxlayım, elə göstərək ki, siz məni tanımırsınız” deməsini xatırladım”, - deyə Simonyan bildirib.
Erməni spikerin sözlərinə görə, bəzi insanlar “Nikol Paşinyanın kölgəsini görüb özlərini onun yerində təsəvvür edir və ciddi siyasi gələcəkləri olduğunu düşünürlər”.
“Bu halda onlar siyasi Panikovskiyə bənzəyirlər. Mən onu təbrik etmək istəyirəm ki, biz sizi uzaqlaşdırdıq, amma elə etdik ki, pensiya məsələniz həll olunsun. Hər halda pensiyanı alacaqsınız, narahat olmayın. Amma yenə də ayıbdır, özünüzü yığın və həddinizi bilin. Birdən düşünməyin ki, siz Nikol Paşinyanın kölgəsisiniz və ya nə vaxtsa ola bilərsiniz. Doğrudan da iki ay qalıb, sonra yəqin ki, insanlar sizi küçədə görsələr, tanımayacaqlar”, - deyə o qeyd edib.
Erməni deputat Hakob Aslanyan yerindən reaksiya verib, buna parlament sədrinin müavini Ruben Rubinyan cavab verərək bildirib: “Cənab Aslanyan, yerinizdən danışmayın, yoxsa sizi zaldan da çıxararıq”.
Alpər Mövludoğlu
Ordu.az