Ermənistan KİV-i: 4 daşınmaz əmlak, 2 avtomobil, 34 milyon kredit - müfəttişlik rəhbərinin müavini nə bəyan edib?

2026/03/1774418298.jpg
Oxunub: 354     09:58     25 Mart 2026    
“Joğovurd” qəzeti Ətraf Mühitin Mühafizəsi və Yeraltı Sərvətlərə Nəzarət üzrə Müfəttişliyin rəhbər müavini Vağarşak Amirxanyanın 2024-cü il üçün təqdim etdiyi bəyannaməni araşdırıb və bir sıra diqqətçəkən məqamları qeyd edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, əvvəllər Yeğvard şəhər şurasının üzvü olmuş vəzifəli şəxs qısa müddətdə eyni icmada bir neçə daşınmaz əmlak əldə edib ki, bu da mümkün əlaqələr və təsir imkanları ilə bağlı suallar doğurur.

“Qeyd edək ki, Vağarşak Amirxanyan bu vəzifəyə 2021-ci il mayın 25-də təyin olunub. Dövlət sistemində çalışmazdan əvvəl o, özəl fəaliyyətlə məşğul olub və yerli özünüidarəetmə orqanlarında işləyib. Belə ki:
2008-2017-ci illərdə Kotayk vilayətinin Nairi (Yeğvard) şəhərində şura üzvü olub,
2011-2021-ci illərdə fərdi sahibkar kimi fəaliyyət göstərib,
2021-ci ildən isə müfəttişlik rəhbərinin müavini vəzifəsini tutur.

Daşınmaz əmlak

Bəyannaməyə əsasən, Amirxanyanın 4 daşınmaz əmlakı var, əsasən Kotayk vilayətinin Yeğvard şəhərində yerləşən torpaq sahələri, həmçinin İrəvanda bir mənzildir:

• Torpaq sahəsi - Kotayk, Yeğvard (əldə edilib: 11.02.2020)
• Torpaq sahəsi - Kotayk, Yeğvard (əldə edilib: 21.02.2020)
• Torpaq sahəsi - Kotayk, Yeğvard (əldə edilib: 11.05.2018)
• Mənzil - İrəvan, Arabkir (əldə edilib: 23.06.2017)”, - deyə nəşr bildirib.


KİV qeyd edib ki, bu fakt uzun müddət eyni icmada vəzifə tutmağın əmlak toplanmasına təsir edə biləcəyi ehtimalını gündəmə gətirir.

“Nəqliyyat vasitələri

Vəzifəli şəxsin aşağıdakı nəqliyyat vasitələri var:
• 2019-cu il istehsalı olan LAND ROVER (2023-cü ildə əldə edilib)
• 2005-ci il istehsalı FORD markalı yük-sərnişin avtomobili

Maliyyə göstəriciləri

Bank hesablarında 829 793 dram vəsait, nağd pul şəklində isə 2 300 000 dram mövcuddur.

Bundan əlavə, hesabat ilində 9 000 000 dram məbləğində borc əməliyyatları qeydə alınıb.

Gəlirlər və öhdəliklər

2024-cü ildə Amirxanyanın əməkhaqqı 11 752 550 dram təşkil edib. Eyni zamanda onun 34 000 000 dram məbləğində ipoteka krediti var.

Qeyd olunur ki, o, 2021-ci ildə “Konvers Bank”dan 20 000 000 dram kredit götürüb və bunun 13 200 000 dramını artıq qaytarıb.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə vəzifəyə təyin olunduğu vaxt onun maliyyə göstəriciləri xeyli aşağı idi:

bank hesablarında 700 000 dram,
nağd vəsait 700 000 dram,
ipoteka əmlakı isə olmayıb.


Problemli məsələlər

Necə olub ki, vəzifəyə gəldikdən sonra qısa müddətdə bu qədər əmlak və borc formalaşıb?

• Eyni Yeğvard icmasında uzun illər şura üzvü olduğu halda bir neçə torpaq sahəsini necə əldə edib?
• Gəlirləri bu qədər böyük kredit yükünü ödəməyə kifayət edirmi?
• Bahalı avtomobil hansı mənbələr hesabına alınıb?”, - deyə müəllif qeyd edib.

KİV vurğulayıb ki, bu suallar hələ də açıq qalır və aydın cavab tələb edir.

“Vəzifəli şəxslərin əmlak vəziyyətində belə dəyişikliklər ictimai diqqət mərkəzində olmalı, bu barədə məlumatlar isə maksimum şəffaf və əsaslandırılmış şəkildə təqdim edilməlidir.

“Joğovurd” qəzeti mövzunu izləməyə davam edəcək, vəzifəli şəxslərin bəyannamələrini təqdim edərək ictimai maraq doğuran məsələləri gündəmdə saxlayacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vağarşak-Amirxanyan  


Bizi "telegram"da izləyin