Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, yoxlama komissiyasının rəhbəri, təhlükəsizlik təminatı şöbəsinin rəis müavini Lilit Cahangiryan bildirib ki, mütləq “bir neçə ciddi pozuntu aşkar edəcək”.
“Xatırladaq ki, yaxın günlərdə yazmışdıq ki, əməliyyat əməkdaşları həmin müəssisənin nəzarətçilərinin otağında dinləmə cihazları yerləşdiriblər, bu isə aşkar olunub və Artak Qazaryan məsul şəxsin cəzalandırılmasını tələb edib, çünki belə səlahiyyət operativ şöbəyə aid deyil.
Lakin xidmət rəhbərliyi Qazaryandan tez bir zamanda qurtulmaq istəyir. Qeyd edək ki, o, “Sevan” cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edildikdən sonra 2025-ci ilin oktyabrında “Artik” həbsxanasına təyin olunmuşdu. Həmin vaxt həbsxanada məhbuslar üsyan qaldıraraq əmlakı yandırmışdılar”, - deyə KİV bildirib.
Alpər Mövludoğlu
Ordu.az