Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
“Ermənistanın öz qonşularına qarşı heç vaxt ərazi iddiası olmamalıdır. Biz regionda elə münasibətlər qurmalıyıq ki, ölkələrin heç biri digərinə hücum etmək barədə düşünməsin. Regionumuzda sülhü təmin etmək və müharibənin qarşısını almaq üçün hər şeyi etməliyik”, - deyə Simonyan vurğulayıb.
Erməni spiker qeyd edib ki, Ermənistanın yeni Konstitusiyasının qəbulu müstəsna olaraq ölkənin maraqlarından irəli gəlir.
“Mən Ermənistanın maraqlarını düşünürəm. Ermənistanın marağı isə ondadır ki, bizim elə bir Konstitusiyamız olmalıdır ki, heç kimin bizi regionda təhdid hesab etməsi üçün əsası qalmasın”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az