“Qoy Nikol Paşinyan sülhün simvolu hesab olunsun, mən buna qətiyyən qarşı deyiləm” - Simonyan

2026/03/1774338776.jpg
Oxunub: 387     11:57     24 Mart 2026    
“Bu gün Ermənistanın siyasi gündəmində iki istiqamət var: biri sülh, digəri isə müharibədir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentdə jurnalistlərlə söhbətində “Baş nazir Nikol Paşinyan hansı əsasla iddia edir ki, əgər “Vətəndaş Müqaviləsi” partiyası hakimiyyətdə olmasa, sentyabrda müharibə olacaq?” sualına cavab verərkən deyib.

“Bir tərəf qonşulara qarşı müəyyən tələblər irəli sürür, digər tərəf isə regionda sülhün bərqərar olunmasını istəyir. Bu, Nikol Paşinyanın şəxsiyyəti ilə bağlı deyil, siyasi gündəm, baxış və mövqe ilə bağlıdır. Əgər bunu Paşinyanın şəxsi ətrafında cəmləşdirirsinizsə, onda qoy belə olsun və o, sülhün simvolu hesab edilsin. Mən buna qətiyyən qarşı deyiləm”, - deyə Simonyan bildirib.

Paşinyanın müharibə üçün konkret vaxt, sentyabr ayını qeyd etməsinə münasibət bildirən erməni parlament sədri deyib: “Siyasi xadimlər siyasi təhlillər aparmaq hüququna malikdir və baş nazir də ölkənin əsas siyasi fiqurlarından biri kimi bu hüquqa sahibdir. Bu, sadəcə qiymətləndirmədir. Qeyd edim ki, müxalifət nümayəndələri də bu cür fikirləri səsləndirib, hətta hər il və ay göstərərək müharibə olacağını deyiblər. Deputatlarımız parlament tribunasından “müharibə olacaq” deyirdi. Üstəlik, bunu sülh şəraitində deyirdilər. Bunda təəccüblü nə var?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Simonyan  


Bizi "telegram"da izləyin