Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində müşavirə keçirilib

2026/03/1774338672.jpg
Oxunub: 388     11:53     24 Mart 2026    
Martın 23-də Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində müşavirə keçirilib. Tədbirdə nazirliyin maliyyə-büdcə idarəsinin şəxsi heyəti iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

Onun sözlərinə görə, müşavirədə sahə ilə bağlı əsas məsələlər müzakirə olunub, mövcud problemlərin həlli üçün yeni yanaşmalar təqdim edilib.

“Eyni zamanda, nazirlik sistemində dövlət sektorunda mühasibat uçotu siyasətinin tətbiqi, istifadə olunan proqram təminatının gələcək inkişafı, mövcud problemlər və onların mümkün həll variantları ilə bağlı bir sıra məsələlərə də baxılıb”, - deyə Torosyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müşavirə  


Bizi "telegram"da izləyin