Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, onu müşayiət edən polis əməkdaşı, Şenqavit polis şöbəsinin rəisi Artur Mkrtçyan həmin an telefonla tabeliyində olanlarla əlaqə saxlayaraq binanın ünvanını və mərtəbəsini verib ki, sakinin məlumatlarını dəqiqləşdirib ona təqdim etsinlər.
“Ehtimal olunur ki, ən azı həmin şəxsin həyatını çətinləşdirməyə çalışacaqlar, indi olmasa da, seçkilərdən sonra olacaq, yəni “Vətəndaş Müqaviləsi” partiyası yenidən hakimiyyətdə qalarsa və seçkiöncəsi mərhələdə kim necə davranıbsa, bununla bağlı “siyahılarını” açarsa, olacaq.
Qeyd edək ki, Nikol Paşinyanı guya partiyadaxili təbliğat mərhələsində çoxsaylı Dövlət Mühafizə Xidməti əməkdaşları müşayiət edir, yəni dövlət vəsaitləri partiyadaxili məqsədlər üçün xərclənir. Güc strukturlarının əməkdaşları onu mülki geyimdə də müşayiət edirlər.
Eyni zamanda “Mənim Addımım Fondu” aktiv şəkildə xeyriyyəçiliklə məşğuldur. Xatırladaq ki, siyasi qüvvələrlə əlaqəli fondların bu mərhələdə xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır və seçki dövründə bu, cinayət məsuliyyəti yarada bilər”, - deyə KİV qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az