Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Maraqlıdır ki, ötən gün Xarici İşlər Nazirliyi ilə bağlı müzakirələr tam boykot şəraitində keçib. Halbuki “Vətəndaş Müqaviləsi” partiyası nümayəndələri öz əsas təbliğat tezisləri kimi “sülh” mövzusunu önə çəkir və guya uğurlu xarici siyasət nəticəsində sabit və geri dönməz sülh əldə etdiklərini iddia edirlər”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, əslində isə bu “sülh” yalnız “Vətəndaş Müqaviləsi” hakimiyyəti çərçivəsində mövcuddur.
“Ötən gün Ararat Mirzoyanın parlamentin Xarici əlaqələr komissiyasındakı hesabatında cəmi 3 hakim fraksiya deputatı iştirak edib. Halbuki əvvəllər bu komissiyanın üzvü olmayan hakim fraksiya deputatları belə iclaslarda iştirak edirdilər.
Ola bilsin ki, bununla göstərmək istəyirlər ki, “sülhün müəllifi” Ararat Mirzoyan deyil, Nikol Paşinyandır. Hər halda fakt odur ki, Mirzoyan iclasın başlaması üçün kifayət qədər deputatın gəlməsini, kvorumun təmin olunmasını gözləməli olub.
Qeyd edək ki, iclasa sədrlik edən Mariya Karapetyan əvvəlcə kvorum olmadan iclası başlamaq istəyib, lakin jurnalistlərin iradından sonra gözləməli olub.
Avrointeqrasiya Komissiyasının sədri Arman Yeğoyan isə iclası kvorumsuz başlayıb, zalda yalnız o, Sona Qazaryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan olub. Yalnız iclas başlandıqdan sonra “Hayastan” blokundan Armen Gevorqyan və hakim fraksiyadan Tatevik Qasparyan müzakirəyə qoşulublar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az