“Joğovurd”: Ermənistanın səhiyyə sektorunda müxalif əhval-ruhiyyə artır

2026/03/1774331677.jpg
Oxunub: 337     09:59     24 Mart 2026    
“Hakimiyyət daxilində iki nazirliyin, Əmək və Sosial Məsələlər Nazirliyi ilə Səhiyyə Nazirliyinin mümkün birləşdirilməsi məsələsi müzakirə olunur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, təşəbbüsün əsas tərəfdarı Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan hesab olunur.

KİV-in yazdığına görə, sistem daxilində artıq narahatlıq hiss olunur, xüsusilə səhiyyə sahəsində çalışan on minlərlə əməkdaş mümkün struktur dəyişikliklərindən ehtiyat edir.

“Mənbələr bildirir ki, ümumi sığorta sisteminin qeyri-sistemli tətbiqi də narazılığı artırıb və həm pasiyentlər, həm də tibb işçiləri tərəfindən çoxsaylı şikayətlər var.

Rəsmi qurumlar isə nazirliklərin birləşdirilməsi ilə bağlı məlumatları hələlik şərh etməyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Səhiyyə  


Bizi "telegram"da izləyin