Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrə görə, məlumdur ki, iyunun 7-də keçiriləcək seçkilərdən sonra o hakimiyyətdən gedərsə, yeni hakimiyyətin formalaşması məhz həmin dövrə təsadüf edəcək.
“Paşinyan davamlı olaraq bildirir ki, o rədd edilərsə, müharibə qaçılmaz olacaq. Ötən gün bu tezisləri parlamentdə xarici işlər naziri də təkrarlayıb.
Bu isə müxtəlif suallar doğurur. Məsələn, bu, Ermənistana hücum edilməsinə dolayı işarədirmi? Yoxsa Paşinyanın İlham Əliyev ilə daha dərin razılaşmaları var?
Paşinyan müharibə mövzusundan seçkilər öncəsi ictimai rəyə təsir etmək və özünü “sülh tərəfdarı” kimi təqdim etmək üçün istifadə edir”, - deyə KİV bildirib.
Alpər Mövludoğlu
Ordu.az