XİN: Ermənistan hələ Avropa İttifaqına üzvlük prosesinə başlamağa hazır deyil

2025/10/1759763828.jpg
Oxunub: 349     18:20     23 Mart 2026    
“Ermənistan hələlik Avropa İttifaqına üzvlük prosesinə başlamağa hazır deyil”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentinin Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyasının iclasında, Ermənistan hökumətinin 2021-2026-cı illər proqramının 2025-ci il üzrə icrasının gedişi və nəticələrinə dair hesabatın təqdimatı zamanı xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

Onun sözlərinə görə, “Aİ-yə üzvlük prosesinə başlamaq haqqında” qanunun qəbul olunmasına baxmayaraq, hazırda iş əsasən müxtəlif proqramların və islahatların həyata keçirilməsinə yönəlib və onların nəticələrinə əsasən ölkə Avropa İttifaqının standartlarına uyğunlaşmağa başlamalıdır. “Ölkə Avropa standartlarına uyğunlaşmağa başladığı anda bu məsələ ilə bağlı siyasi qərar qəbul ediləcək. Bu mərhələdə belə bir qərar yoxdur”, - deyə Kostanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin