Ordu.az xəbər verir ki, o, parlamentdə jurnalistlərlə brifinq zamanı Paşinyanın fikirlərinin sülhün qorunması ilə bağlı olduğunu bildirib.
“Söhbət sülhdən, artıq əldə olunmuş sülhün qorunmasından gedir. Müxalifət düşərgəsindən səslənən bəyanatlar isə bizim qiymətləndirməmizə görə yalnız sülhü təhlükə altına qoyur. Buna görə də siyasi fiqurlar siyasi bəyanatlar verməkdə azaddırlar.
Baş nazir həmçinin bildirib ki, sülhün yenidən nəzərdən keçirilməsi müharibə qapısını aça bilər. Bəli, bizim yanaşmamıza görə bu belədir”, - deyə erməni nazir qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az