Erməni nazir: “Hakimiyyət tərəfindən köç etmiş şəxslərə qarşı nifrət yoxdur”

2026/03/Ekran-1774269390.jpg
Oxunub: 371     16:35     23 Mart 2026    
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Qarabağdan könüllü şəkildə köç etmiş şəxslərə qarşı hakimiyyət tərəfindən nifrətin olması ilə bağlı iddiaları təkzib edib.

Ordu.az xəbər verir ki, o, parlamentdə jurnalistlərə açıqlamasında belə fikirlərin səsləndirilməsinin yolverilməz olduğunu bildirib.

“Xahiş edirəm, artıq belə şərhlər verməyin ki, guya hakimiyyət tərəfindən köç etmiş şəxslərə qarşı nifrət var. Əksinə, biz onların müdafiəsinə yönəlmiş böyük tədbirlər keçirmişik. Orada Ermənistanda məskunlaşan və sosial proqramlardan yararlanan çox sayda insan iştirak edirdi. Mən orada nifrət yox, əksinə qayğı, diqqət və dəstək görürdüm”, - deyə o bildirib.

Erməni nazir qeyd edib ki, köç etmiş şəxslərlə bağlı hazırda hökumət tərəfindən çoxsaylı proqramlar həyata keçirilir və bu prosesə Baş nazir rəhbərlik edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qalyan  


Bizi "telegram"da izləyin