Ermənistan XİN rəhbəri: “Ölkəmiz İran ətrafında mümkün qədər tez sülhün bərqərar olmasını istəyir”

2026/03/Ekran-1774269317.jpg
Oxunub: 414     16:34     23 Mart 2026    
“Ermənistan İran ətrafında mümkün qədər tez sülhün bərqərar olunmasında maraqlıdır və buna ümid edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün jurnalistlərlə söhbətində bildirib.

Erməni nazir İran ətrafında sülhün tezliklə təmin olunmasının vacibliyini vurğulayıb.

O həmçinin bildirib ki, münaqişədən zərər çəkmiş ölkələrdən ermənilərin təxliyəsi istiqamətində böyük iş aparılıb. Onun sözlərinə görə, səfirliklər vasitəsilə əlaqələr qurulub və “qaynar xətlər” yaradılıb.

Bəzi vətəndaşlar qalmaq istəsə də, Ermənistana qayıtmaq istəyənlər hələ də var. Bilet qiymətlərinin yüksək olması ilə bağlı suala cavab olaraq erməni nazir qeyd edib ki, hökumət xərclərin bir hissəsini (250 min dram) kompensasiya etməyə hazırdır və müraciət edənlər bu imkandan yararlana bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mirzoyan  


Bizi "telegram"da izləyin