Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında bildirib.
“Bu münaqişə onilliklər boyu davam edib. Qan tökülüb. Ona görə də bu yaralar hələ də təzədir”, - deyə erməni nazir vurğulayıb.
Onun sözlərinə görə, bir çox humanitar məsələlər hələ həllini tapmayıb.
Bununla belə, erməni nazir qeyd edib ki, hər iki ölkənin cəmiyyətləri və rəsmilərinin bəyanatlarında tədricən aqressiya və düşmənçilik səviyyəsinin azaldığını müşahidə etmək mümkündür. Lakin o etiraf edib ki, bu yol hələ də kifayət qədər çətindir və davamlı səylər tələb edir.
Mirzoyan ümid etdiyini bildirib ki, gələcəkdə iki xalq arasında tam, o cümlədən psixoloji barışıq baş verəcək.
Alpər Mövludoğlu
Ordu.az