Ordu.az xəbər verir ki, Mirzoyan jurnalistlərlə söhbətində Ermənistanın Baş nazieri Nikol Paşinyanın mövqeyini xatırladıb.
O qeyd edib ki, əgər kimlərsə Rusiya və onun aktivləri ilə işləmək istəmirsə və Ermənistandan yan keçmək istəyirsə, bu halda ölkənin dəmir yolları rəqabət qabiliyyətini itirir.
“Heç kim bunu gizlətmir. Biz istəyirik ki, Ermənistan yan keçilməsin, Ermənistanın dəmir yolları modernləşdirilsin, fiziki olaraq bir tərəfdən Türkiyənin dəmir yollarına Qars vasitəsilə, digər tərəfdən isə Arazdəyən-Naxçıvan xətti ilə birləşsin. İndi isə idarəedici şirkət və həmin şirkətin aid olduğu ölkə bu məsələ ilə bağlı mövqeyini müəyyən etməlidir. Əgər tikinti və modernizasiya aparılarsa, bu bir reallıqdır, əks halda başqa bir reallıq yaranacaq”, - deyə Mirzoyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az