Ermənistan XİN rəhbəri: “İrəvan və Ankara tələbə təqaüdlərinin təsis edilməsini müzakirə edir”

2025/11/1762331458.jpg
Oxunub: 403     12:40     23 Mart 2026    
“Ermənistan və Türkiyə arasında perspektivli dialoq aparılır, iki ölkənin ali təhsil müəssisələrində tələbələr üçün təqaüdlərin təsis edilməsi imkanları müzakirə olunur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Hazırda Ermənistan və Türkiyə arasında kifayət qədər dinamik və perspektivli dialoq aparılır. İndi biz qarşılıqlı olaraq tələbələr üçün təqaüdlərin təsis edilməsi imkanını müzakirə edirik”, - deyə Mirzoyan Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının iclasında qeyd edib.

O, həmçinin vurğulayıb ki, Ermənistan və Türkiyə arasındakı dialoq diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması üçün kifayət qədər inkişaf səviyyəsinə çatıb.

“Ermənistan və Türkiyə arasındakı dialoq kifayət qədər yetkinləşib ki, cari proseslərlə yanaşı, tam nəticəyə, yəni iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına gətirib çıxarsın. Buna heç bir şübhə yoxdur və biz eyni mesajı türkiyəli tərəfdaşlarımıza da çatdırırıq”, - deyə Mirzoyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin