Erməni hərbi qulluqçu qəzaya düşüb, 1 ölü, 3 yaralı var

2026/03/1774254393.jpg
Oxunub: 418     12:17     23 Mart 2026    
Bu gün Ermənistanın Kotayk vilayətində böyük yol-nəqliyyat hadisəsi baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Saat 00:40 radələrində Zəngəzur vilayətində qeydiyyatda olan 19 yaşlı Vardan A. idarə etdiyi “Kia” markalı avtomobillə Abovyan şəhərinin Hatis küçəsində hərəkət hissəsindən çıxaraq ağaca çırpılıb və yarı aşmış vəziyyətə düşüb.

Qəza nəticəsində Vardan A., həmçinin sərnişinlər Kotayk vilayətinin sakinləri 19 yaşlı Amur A., 20 yaşlı Robert Q. və 19 yaşlı Aram A. müxtəlif bədən xəsarətləri ilə “Abovyan” tibb mərkəzinə çatdırılıblar.

Hadisə yerində istintaq qrupu işləyərkən xəstəxanadan Kotayk polis şöbəsinə məlumat daxil olub ki, yaralılardan Vardan A. ölüb.

Faktla bağlı Abovyan istintaq şöbəsində cinayət işi başlanıb.

İstintaqçının göstərişi ilə metal qırıntısına çevrilmiş avtomobil Kotayk polis şöbəsinin mühafizə olunan xüsusi ərazisinə aparılıb.

Məlumata görə, ölən şəxs Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində qulluq edirdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qəza  


Bizi "telegram"da izləyin