Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında bildirib.
“Ermənistan Avropa Sülh Aləti çərçivəsində ikinci köçürməni alıb. İkinci halda söhbət 20 milyon dollar məbləğində yardımdan gedirdi. Biz artıq üçüncüsü üçün də müraciət etmişik”, - deyə Mirzoyan qeyd edib.
Qeyd edək ki, 2024-cü ildə Fond Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki potensialının gücləndirilməsi və böhranlı, habelə fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına dəstək məqsədilə rəsmi İrəvana 10 milyon avro ayırıb. İkinci paket isə 2026-cı ilin yanvarında təsdiqlənib.
Birinci yardım paketi çərçivəsində 2024-cü ildə İrəvan 10 milyon avro, 2026-cı ilin yanvarında təsdiqlənmiş ikinci paket çərçivəsində isə 20 milyon avro vəsait əldə edib.
Alpər Mövludoğlu
Ordu.az