Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Səfər zamanı o, bölmələrin hazırlıq səviyyəsini və sərhəd istiqamətlərindəki vəziyyəti qiymətləndirib.
Onun sözlərinə görə, quru qoşunlarının bölmələri maksimum döyüş və mənəvi-psixoloji hazırlıq vəziyyətindədir və istənilən təhdidə operativ cavab verməyə qadirdir.
Heydəri vurğulayıb ki, sərhəd pozucularının istənilən hərəkəti sərt və qətiyyətli cavabla qarşılanacaq, mümkün təxribatlara reaksiya isə təhdidin səviyyəsindən asılı olmayaraq sürətli və “sarsıdıcı” olacaq.
Bu açıqlamalar regionda gərginliyin artması və İranın sərhədyanı ərazilərinin təhlükəsizliyinə diqqətin gücləndirilməsi fonunda səsləndirilib.
Qeyd edək ki, İran qərbdə İraqla, şimal-qərbdə isə Türkiyə, Ermənistan və Azərbaycanla həmsərhəddir.
Sevinc Əliyeva
Ordu.az