Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan bildirib.
o, Aştarakda vətəndaşlarla görüş zamanı deyib: “Əgər Ermənistan iki il sonra Praqada bu modeldən çıxmasaydı, 10 noyabr atəşkəsi işlək model olardı. Ermənistan bu modeldən çıxıb və həmin atəşkəsin, həmin sülhün qorunmasını təmin edən bütün mexanizm dağılıb.
Bu modeldən çıxıb daha sonra Rusiya tərəfini “Qarabağ”ı (ləğv edilmiş qondarma qurum-red.) qorumamaqda günahlandırmaq bir şeyi göstərir: bu insanlar utanmaq hissini itirib. Bundan əlavə, bu, çox təhlükəli vəziyyət yaradır. Kiçik ölkə olaraq sən göstərirsən ki, ümumiyyətlə etibarlı tərəfdaş deyilsən”.
Alpər Mövludoğlu
Ordu.az