ABŞ kəşfiyyatı: Bakı və İrəvan arasında sülh prosesi Qafqazda sabitliyi artırıb

2020/12/4b38b-8034139150.jpg
Oxunub: 335     13:28     19 Mart 2026    
Azərbaycanla Ermənistan arasında sülh prosesi regional sabitliyin artmasına kömək edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Direktoru İdarəsinin (DNI) 2026-cı il üçün "Təhdidlərin illik qiymətləndirilməsi" adlı hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, ABŞ-nin Ermənistanla Azərbaycan arasındakı münaqişə kimi regional münaqişələrin həllində iştirakının davam etməsi onun regiona çıxışını yaxşılaşdıra, strateji investisiyalara və kommersiya imkanlarına töhfə verə bilər.

"ABŞ-nin dəstəyi ilə 2025-ci il avqustun 8-də Ermənistan və Azərbaycan arasında keçirilən Sülh sammiti regionda sabitliyin artırılmasına kömək etdi. Sammitin nəticələrinə sülh sazişinin şərtləri ilə bağlı ilkin razılaşma və ABŞ tərəfindən idarə olunan, Azərbaycanı onun eksklavı olan Naxçıvanla birləşdirəcək, hər iki ölkə və region üçün ticarət axınlarını açacaq "Tramp Marşrutu"nun (TRIPP) yaradılması planları daxildir", - sənəddə deyilir.

Qeyd olunur ki, 8 avqustdan etibarən hər iki tərəf Sülh sammitində əldə edilmiş impulsu qorumağa hazır görünür". Vurğulanır ki, iki ölkə arasındakı sərhəddə atəşkəs rejiminin pozulması halları yox dərəcəsindədir.

"2025-ci ilin oktyabrında Prezident İlham Əliyev Bakının Azərbaycan vasitəsilə Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını elan edib. O vaxtdan bəri Azərbaycan Ermənistana buğda daşınmasına icazə verdi və özü benzin tədarük edir", - hesabatda vurğulanır.

Bununla yanaşı, DNI hesab edir ki, sülh sazişinin imzalanması üçün maneələr qalmaqdadır: "Prezident Əliyev Ermənistanın öz konstitusiyasını dəyişdirməsini, Qarabağa olan iddiasını aradan qaldırmaqda israr edir, bu isə Ermənistanda nəticəsinə zəmanət verilməyən konstitusiya referendumunun keçirilməsini tələb edəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bakı   İrəvan  


Bizi "telegram"da izləyin