Xocalının Xanabad kəndinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

2026/03/Ekran-1773910572.jpg
Oxunub: 547     13:13     19 Mart 2026    
Xocalı rayonunun Xanabad kəndinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.

Ordu.az-ın verdiyi xəbərə görə, bu mərhələdə Xanabad kəndinə 19 ailə (89 nəfər) qayıdıb.

Xanabad kəndində ailələrin normal yaşayışı üçün, müasir tələblərə cavab verən hər cür şərait yaradılıb.

***

Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb.

Ordu.az xəbər verir ki, bu mərhələdə Xanabad kəndinə 19 ailənin (89 nəfər) qayıdışı təmin edilib.

Ailələri Azərbaycan Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, bununla da Xanabad kəndinə daimi qayıdışı təmin olunan ailələrin ümumi sayı 78-ə (346 nəfər) çatdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocalı   Köç  


Bizi "telegram"da izləyin