Mirzoyan işgüzar səfərlə Omana gedəcək

2025/12/1765560029.jpg
Oxunub: 459     11:28     17 Mart 2026    
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 2026-cı il martın 17-19-da işgüzar səfərlə Omanda olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Omanın Sultanlığı xarici işlər naziri Bədr bin Həməd bin Həmud əl-Busəidi ilə görüş planlaşdırılıb.

“Omanın paytaxtı Maskatda Ermənistanın rezident səfirliyinin rəsmi açılışı keçiriləcək.

Həmçinin ərəb ölkələrində akkreditə olunmuş səfirlərin toplantısı nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Oman  


Bizi "telegram"da izləyin