Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib

2026/03/1773728258.jpg
Oxunub: 338     10:00     17 Mart 2026    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb.

Bildirilib ki, nazirlər regionda davam edən vəziyyətin son inkişafları barədə fikir mübadiləsi aparıb və qarşılıqlı maraq doğuran ikitərəfli məsələləri müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Pakistan  


Bizi "telegram"da izləyin