BMT nümayəndəliyi Azərbaycanı Torpaq çərşənbəsi münasibətilə təbrik edib

2026/03/photo-1773726918.jpg
Oxunub: 319     09:38     17 Mart 2026    
Birləşmiş Millət Təşkilatının (BMT) nümayəndəliyi Azərbaycanı İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə diplomatik missiyanın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Azərbaycanı Novruz bayramından əvvəlki son çərşənbə olan, yerin oyanışını və baharın gəlişi ilə həyatın yenilənməsini simvolizə edən Torpaq çərşənbəsi münasibətilə təbrik edirik. BMT-nin Azərbaycandakı nümayəndəliyi hər kəsə bolluq, ümid və firavanlıq arzulayır", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Azərbaycan  


Bizi "telegram"da izləyin