İrandan raket atəşinə görə Təl-Əvivdə hava hücumu xəbərdarlığı edilib

2026/03/israe-1773155229.jpg
Oxunub: 342     04:09     17 Mart 2026    
Raket təhlükəsi səbəbindən İsrailin mərkəzində hava hücumu xəbərdarlığı edilib.

Ordu.az xəbər verir ki, sirenlər, o cümlədən Təl-Əviv və ətraf ərazilərdə səslənib.

Mətbuatın məlumatına görə, şəhərin səmasında raketlərin və raket əleyhinə sistemin izləri görünüb.

Az müddət əvvəl İsrailin Müdafiə Ordusu İrandan daha bir raket hücumu barədə məlumat verib.

Bu, 10 saatdan çox müddətdə Təl-Əviv ərazisində ilk hava hücumu xəbərdarlığıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin