Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyanın ürəyi konstitusion çoxluq istəyir” başlıqlı məqaləsində yazıb.
“Biz bu iki gün ərzində ən çox sülh haqqında eşitdik. Mənim heç bir şübhəm yoxdur ki, 2026-cı il iyunun 7-si Ermənistan vətəndaşı sülhün yanında olacaq. Həmçinin gözlənilməz tərəfdarların çoxminlik ordusu meydana çıxır, bunlar bizim uşaqlarımızdır. Onlar hər gün öz evlərindən ailələrinin sevgisini bizə gətirir və bizim sevgimizi yenidən öz ailələrinə aparırlar. 2026-cı il iyunun 7-də Ermənistan xalqı qalib gələcək”, - deyə Paşinyan bildirib.
Müəllif yazıb ki, istənilən məntiq və arqumentə görə Paşinyanın konstitusion çoxluq əldə etməsi mümkün görünmür, hətta sadə çoxluq qazanması belə ciddi sual altındadır.
“Lakin Paşinyan bu cür bəyanatlarla total seçki saxtakarlığı üçün zəmin yaratmağa çalışır. Hakimiyyətin müxalifətlə dürüst üsullarla mübarizə aparmaq niyyətində olmadığı hər kəs üçün aydındır.
Bundan əlavə, qarşıdakı parlament seçkilərində yalnız ənənəvi seçki saxtakarlıqları deyil, həm də “Moldova ssenarisi” adlandırılan üsul tətbiq oluna bilər, yəni əsas müxalif qüvvələr müxtəlif bəhanələrlə seçkilərdən kənarda saxlanıla bilər. Lakin belə olan halda belə hakimiyyətin qələbəsini təmin edilmiş hesab etmək olmaz və küçə mübarizəsi daha geniş miqyas ala bilər. Hakimiyyət bunu anlayır və güc ssenarilərinə fəal şəkildə hazırlaşır. Sual isə budur: müxalifət nəyə hazırlaşır?”, - deyə KİV qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az