Ermənistanın “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryandır

2026/01/1769690188.jpg
Oxunub: 519     20:59     16 Mart 2026    
Ermənistanın “Hayastan” blokunun baş nazir vəzifəsinə namizədi Robert Köçəryandır.

Ordu.az xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryan bildirib.

O, bunu 2026-cı il martın 16-da siyasi partiyanın İrəvanda təşkil etdiyi tədbir zamanı açıqlayıb.

Xatırladaq ki, Ermənistan parlamentinə seçkilər iyunun 7-də keçiriləcək.

Qeyd edək ki, Robert Köçəryan 2021-ci il seçkilərində də “Hayastan” blokunun namizədi olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin