“Ermənistan-Azərbaycan sülhünün institusionallaşdırılması istiqamətində atılan addımları təqdim etdim” - Qriqoryan

2025/07/1752828416.jpg
Oxunub: 508     19:00     16 Mart 2026    
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 16-da Şimali Avropa - Baltik ölkələri əməkdaşlıq formatına daxil olan dövlətlərin xarici işlər nazirliklərinin Şərqi Avropa idarələrinin direktorlarından ibarət nümayəndə heyətini qəbul etdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qriqoryan bu barədə sosial şəbəkədə paylaşım edib.

O qeyd edib: “İştirakçıların xahişi ilə Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhün gələcək institusionallaşdırılması istiqamətində atılan addımları və onların əhəmiyyətini təqdim etdim”.

Onun sözlərinə görə, bu kontekstdə nümayəndə heyətinin üzvləri regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri dəstəklədiklərini vurğulayıblar.

Görüş zamanı regionda yaranmış vəziyyət və bunun çərçivəsində təhlükəsizlik sahəsində baş verən inkişaflar da müzakirə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Bakı   İrəvan  


Bizi "telegram"da izləyin