İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olunub - YENİLƏNİB

2026/03/Ekran-1773648914.jpg
Oxunub: 767     22:24     16 Mart 2026    
Martın 16-sə saat 18:00-dan 22:00-dək İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə edilib.

Ordu.az xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, bu gün saat 00:00-12:00 aralığında 1-i uşaq olmaqla, 4 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib.

***

İrandan martın 16-sı saat 12:00-dən 18:00-dək üç ölkənin 9 vətəndaşı Azərbaycana təxliyə edilib.

Ordu.az xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Bunlardan 4-ü Hindistan, 3-ü Əlcəzair, 2-si isə Avstraliya vətəndaşıdır.

***

İrandan bu gün 00:00-12:00 aralığında 1-i uşaq olmaqla, 4 Azərbaycan vətəndaşı təxliyə edilib.

Ordu.az xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin