Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
“Sputnik Armenia”nın məlumatına əsasən, Münhen reysində təxminən 130 nəfər olub (Ermənistan vətəndaşları və ya milliyyətcə ermənilər - red.).
“Bundan başqa, həmin Münhen reysində Gürcüstanın deportasiya olunan 79 vətəndaşı da olub. Buna görə də təyyarə İrəvandan sonra Tbilisiyə istiqamət alıb.
Mart ayında Almaniyadan Gürcüstana daha 40 nəfər göndərilib.
Məlumatımıza görə, deportasiya olunan şəxslər yalnız xüsusi deyil, həm də müntəzəm reyslərlə, xüsusilə Frankfurt şəhərindən göndərilir. Məsələn, fevralın sonunda belə reyslərdən biri ilə ilkin məlumata əsasən 12 nəfər göndərilib”, - deyə KİV yazıb.
Alpər Mövludoğlu
Ordu.az